Lənkəranda 2 balıqçı itkin düşüb

Xəzər dənizinin Azərbaycan sektorunda iki balıqçı itkin düşüb. 

 

APA TV-nin cənub bürosunun məlumatına görə, ötən gün səhər saatlarında balıq tutmaq məqsədilə dənizə çıxan Lənkəran rayonunun Nərimanabad qəsəbə sakinləri, 32 yaşlı Ceyhun Mahmudov və 22 yaşlı İbrahim Məmmədov geri qayıtmayıblar. Hazırda Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsi axtarış-xilasetmə işlərinə cəlb olunub. Xilasedicilərlə yanaşı, kənd sakinləri də axtarışda iştirak edirlər. Hələlik heç bir nəticə əldə edilməsə də, balıqçıların dənizə çıxdıqları qayığın qalıqları rayonun  Siyavar kəndi ərazisində tapılıb.

 

Müəllif | Apa.Tv