Oqtay Əsədov: "Onlar kölgə yox, kök altındadır"

"Təəssüf ki, bəzi partiyalar legitim olmadığına, Azərbaycanın maraqlarına yox, ayrı-ayrı qüvvələrə xidmət etdiyinə görə iqtidar-müxalifət görüşlərinə kölgə salmaq, təxribat törətmək istəyir".

 

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib: “Zaman keçdikcə orada müzakirə olunan məsələlər, təkliflər həll ediləcək və bu da cəmiyyət üçün uğurlu nəticə verəcək. Amma Azərbaycanın maraqlarına xidmət etməyən bəzi partiyalar bunu tənqid etməklə sübut etdi ki, onlar xalq üçün çalışan real qüvvələr deyil”.

 

Millət vəkili Qüdrət Həsənquliyev də bu mövzuya toxunaraq görüşü tənqid edən partiyaları xarici qüvvələrə işləyən təşkilatlar adlandırıb: “Onlar bunu kölgə altına salmaq istəyirlər, amma özləri kölgə altındadırlar”.

 

Deputat Fazil Mustafa və İqbal Ağazadə bu cür görüşlərin dövlətin, xalqın mənafeyinə xidmət etdiyini və davam etməsinin zəruriliyini vurğulayıblar.

 

Sədr Oqtay Əsədov isə bildirib ki, tənqid edən, görüşə qatılmayan partiyalar kölgə altında yox, kök altındadır. Kök altında olduqları üçün belə açıq görüşlərə qatıla bilmirlər.

 

Müəllif | Apa.Tv