Hacıqabulda avtomobil dirəyə çırpıldı, 30 yaşlı kişi öldü

Hacıqabulda baş verən qəzada sərnişin ölüb. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 132-ci kilometrliyində, Muğan kəndi ərazisində qeydə alınıb. Şirvan şəhəri sakin, 1968-ci il təvəllüdlü Nəsibov Fariz Vahid oğlu idarə etdiyi “Ford Tranzit” markalı 90 TL 413 dövlət nömrə nişanlı yük avtomobilində idaretməni itirərək beton maneə çırpıb. Nəticədə sürücü xəsarət alıb, avtomobildə olan sərnişin Bakının Xətai rayon sakini, 1985-ci il təvəllüdlü Məmmədov Zamin Xalid oğlu hadisə yerində ölüb.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı