Sabunçuda 15 yaşlı məktəbli qız özünü bıçaqlayıb

Gecə saatlarında paytaxtın Sabunçu rayonu, Muxtarov qəsəbəsi, 8-ci mədən küçəsində bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, 15 yaşlı Zemfira Abbasova ilə bacısı arasında mübahisə yaranıb. Əsəblərini cilovlaya bilməyən Zemfira mətbəx bıçağı ilə özünü qarın nahiyəsinə xəsarət yetirib. Hadisə baş verən vaxt 15 yaşlı məktəblinin valideynləri evdə olmayıb. Qarın nahiyəsindən ağır bıçaq zərbəsi alan yaralını qonşular 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırıblar. Xəstəxanadan verilən məlumata görə, yaralı çox qan itirdiyindən dərhal əməliyyata götürülüb. Onun vəziyyəti ağır olaraq qalır. Hadisə ilə bağlı cinayət işi başlanıb, Sabunçu rayon Polis İdarəsində araşdırmalar aparılır.  

Müəllif | Apa.Tv
Apa.tv