İŞİD terrorçuları 12 yaşlı uşağa 60 şallaq vurdu - REAL VİDEO

İŞİD terrorçuları daha bir vəhşilik aktına imza atıb. Terror təşkilatını “İslam Dövləti” deyil, “DAEŞ” adlandıran 12 yaşlı uşağa 60 şallaq zərbəsinə məhkum edilib. Hadisə İraqın Əl Ənbar vilayətində baş verib. "Al-Arabiya"nın xəbərinə görə, 12 yaşlı uşağın şallaqlanması şəhərin meydanında, yüzlərlə insanın gözü qabağında həyata keçirilib. Şallaqlanmanın video görüntüsü internetdə yayılıb.

 

Qeyd edək ki, DAEŞ “İraq Şam İslam Dövləti”nin qısaldılmış variantının ərəbcə oxunuşudur. DAEŞ sözünü daha çox İŞİD-ə qarşı olanlar işlədir. Bu sözün ərəbcə digər anlamı "nifaq salan adam" və ya "bir şeyi ayaq altında əzən adam"dır 

Müəllif | Apa.Tv
Apa.tv