Nizami küçəsində binada yanğın baş verib

Nəsimi rayonunda yanğın baş verib. APA TV-nin məlumatına görə, Nizami və Qoqol küçələrinin kəsişməsində yerləşən 4 mərtəbəli binanın çardağında yanğın başlayıb. Hadisə yerinə dərhal FHN-nin Nəsimi və Səbail rayon yanğından mühafizə idarələrinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi gəlib. Alovun binanın mənzillərinə keçməsinin qarşısı alınıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. 

Müəllif | Apa.Tv
Apa.tv