Hüseyn Cavid prospektində “Mercedes” yük maşınına çırpıldı

Gecə saatlarında Hüseyn Cavid prospektində ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Əli Mirzəliyevin idarə etdiyi “Mercedes” markalı maşın qəfil idarəetməni itirərək yol kənarında dayanan “İsuzu” markalı yük maşınına çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, “Mercedes”ə ciddi ziyan dəyib.  Hadisə yerinə gələn Yasamal Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları qəza ilə bağlı müayinələr aparıblar. Yararsız vəziyyətə düşmüş avtomobil evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv