Poroşenko: “Minsk razılaşmalarının yerinə yetiriləcəyinə inanmıram”

“Kiyev Minskdə əldə olunan razılaşmaları yerinə yetirəcək. Lakin bütün münaqişə tərəflərinin bu razılaşmaları yerinə yetirəcəyinə inanmıram”. APA TV-nin məlumatına görə, bu fikirləri Ukrayna prezidenti Pyotr Poroşenko Milli Qvardiyanın tədris mərkəzində müdavimlər qarşısında çıxışı zamanı deyib. Poroşenko bildirib ki, sülh heç üfüqdə belə görünmür: “Sülhə hələ çox var. Minskdə əldə olunan razılaşmalara riayət olunacağına heç kimdə əminlik yoxdur”.

 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Minsk razılaşmalarına imza atan tərəflərin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğunu deyib. Kremldə hesab edirlər ki, razılaşmalar əldə olunsa, proses normal məcrasına dönəcək. 

Müəllif | Apa.Tv
Apa.tv