Saakaşvili Qərbdən Ukraynaya silah göndərilməsini koordinasiya edəcək

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukrayna prezidentinin ştatdankənar müşaviri kimi hansı məsələlərə məsuliyyət daşıdığını açıqlayıb. APA TV-nin məlumatına görə, Saakaşvili Qərb ölkələrindən Ukraynaya silahların göndərilməsi prosesini koordinasiya edəcək. Canlı efirdə çıxış edən sabiq prezident bildirib ki, indi ən vacib məsələ Ukraynaya silah yardımı göstərməkdir. SİTAT: “Yaxın bir neçə gün ərzində mən bu prosesi koordinasiya edəcəyəm. Mən hökumətin rəsmi işçisi deyiləm, sərbəst siyasətçiyəm. Yəqin ki, Ukrayna prezidentinin administrasiyasında ofisim olacaq, regionlara səfər edəcək və səlahiyyətim çərçivəsində müxtəlif məsələləri həll edəcəyəm”.

 

Saakaşvili əlavə edib ki, Ukrayna vətəndaşlığını qəbul etmək vəzifəyə təyin olunması ilə bağlı deyil. O bildirib ki, indiki şəraitdə o da başqaları kimi ukraynalı olmaq fikrindədir.

 

Müəllif | Apa.Tv
Apa.tv