ATƏT: Litva və Polşa Ukraynaya silah yardımına başlayıb

Litva və Polşa artıq Ukraynaya silah yardımı göstərməyə başlayıb. APA TV-nin məlumatına görə, bu açıqlamanı Finlandiya mətbuatına ATƏT Parlament Assambleyasının sədri İlkka Kanevra verib. Onun sözlərinə görə, NATO-nun üzvü olan bu iki ölkə əvvəllər də Ukraynaya silah yardımı göstərəcəklərini gizlətmirdilər. Kanevra bildirib ki, ölkəsi Ukraynaya silah yardımı göstərmək niyyətində deyil, lakin Ukraynanın şimalına humanitar yardım göndərə bilər. O, Donbas regionunda humanitar vəziyyətin fəlakət həddinə çatdığını vurğulayıb.

 

Xatırladaq ki, bundan əvvəl kütləvi informasiya vasitələri Polşa və Litva ərazisində Ukrayna hərbçilərinə xüsusi hazırlıq keçildiyi barədə məlumat yayıblar. Ukrayna Silahlı Qüvvələrinin əsgərləri qruplar şəklində bu ölkələrə göndərilir, müvafiq hərbi təlim keçdikdən sonra geriyə qayıdırlar. 

Müəllif | Apa.Tv
Apa.tv