Buzovnada 15 bıçaq zərbəsi ilə qətlə yetirilmiş qadın meyiti tapılıb

Buzovnada naməlum qadın 15 bıçaq zərbəsi ilə qətlə yetirilib. Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, təxminən 30-36 yaşı olan qadının bədənində çoxsaylı bıçaq zərbələri aşkarlanıb, bundan başqa onun ağzı cırılıb. Hadisənin qısqanclıq və ya qisas zəminində baş verdiyi ehtimal edilir. Naməlum qadının meyiti Buzovna qəsəbəsində, dəniz kənarında aşkarlanıb. Qadının saçları sarışın, gözləri şabalıdı, sifəti uzunsov, qaşları tatuajdır, meyit əynində qara köynək, qara cins şalvar olub. Bu şəxsi tanıyanlardan Xəzər rayon Polis İdarəsinə 012 453-02-02 və ya 050 339 -13 -48 nömrələrinə zəng etmələri xahiş olunur. Polis məlumat verən şəxsin anonimliyinin qorunacağına zəmanət verir. 

Müəllif | Apa.Tv