Bakının 2 mərkəzi küçəsi bağlandı

Bu gün Bakının Məmməd Araz küçəsində hərəkət qismən məhdudlaşdırılacaq.

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən məlumat verilib. Adı çəkilən küçədə yolun hərəkət hissəsində üfüqi xətlənmə işləri həyata keçiriləcək. Nəsib bəy Yusifbəyli küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən Mərdanov qardaşları küçəsinin kəsişməsinədək olan hissəsində isə artıq asfaltlama işlərinə başlanılıb. Yol-təmir işləri isə 2-3 gün ərzində yekunlaşacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv