Axtarışda olan şəxs: “Valter” tapançam vardı”

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri  əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar aləmə meylli şəxs  kimi  axtarışda olan Bakı şəhər sakini Qəşəm Məmmədov saxlanılıb. APA TV-nin məlumatına görə, onun evindən 1938-ci ildə istehsal olunmuş “Valter” markalı tapança və 1 patron aşkar edilərək götürülüb.

 

“Atmışdım, balkonda qalmışdı. Bu yaxınlarda polis əməkdaşları yaxınlaşdılar, özlərini təqdim etdilər, dedilər ki, belə bir silahın olmalıdır. Dedim ki, var. Getdik, götürdük, təhvil verdim”.

 

İdarədən verilən məlumata görə silah ekspertizaya göndərildikdən sonra fakta hüquqi qiymət veriləcək.    

Müəllif | Apa.Tv