Xəbərdarlıq: Fevralın 17-dən ölkə ərazisində temperatur 12 dərəcə enəcək

Azərbaycanda hava şəraitinin dəyişməsi haqqında ilkin xəbərdarlıq yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, mülayim hava şəraitindən sonra fevralın 17-dən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-12 dərəcə aşağı enəcək. Fevralın 15-ə olan hava proqnozuna gəlincə, Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz mülayim-cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, gecə və səhər bəzi  yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv