Sankt-Peterburqda inkassatorlara silahlı basqın olub, külli miqdarda pul oğurlanıb

Sankt-Peterburqun Kirov rayonunda inkassatorlara silahlı basqın olub. APA TV-nin məlumatına görə, naməlum şəxslər Staçek prospektində pusqu quraraq, “Otkrıtiye” bankının inkassatorlarına hücum ediblər. Hücum edən şəxslərdən biri inkassatorun sifətinə travmatik tapançadan atəş açıb. Daha sonra pulla dolu çantanı götürən quldurlar aradan çıxıblar. Silahlı basqın nəticəsində nə qədər pul oğurlandığı məlum deyil. Adı çəkilən bank artıq ikinci dəfədir soyğuna məruz qalır. Ötən ilin aprelində bankın filialına soxulan 3 maskalı şəxs qadın kassirə atəş açaraq seyfdən 3 milyon rubl götürüblər. Soyğunu törədən şəxslər bu günə kimi tapılmayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv