Ukraynada şiddətli döyüşlər gedir, separatçılar 100-dən artıq canlı itki veriblər

Atəşkəs haqqında razılaşmanın qüvvəyə minməsinə 24 saat qalmış Ukraynanın şərqində döyüşlər şiddətlənib. APA TV-nin Ukrayna Antiterror Əməliyyatları Mərkəzinə istinadən yaydığı məlumata görə, ötən gecə davam edən atışmalarda separatçı qüvvələr 100 nəfər itki verib, 180 separatçı isə yaralanıb. Ukrayna tərəfinin itkiləri də az deyil. Separatçıların endirdikləri artilleriya zərbələri nəticəsində 14 mülki şəxs həlak olub. Debaltsevo istiqamətində döyüşlər xüsusilə şiddətli xarakter alıb. Separatçılar mühasirədə olan Ukrayna hərbçilərinin mövqelərinə tank, artilleriya qurğuları və minaatanlardan davamlı atəş açıblar. Gecə saatlarında Debaltsevonun cənub-şərq hissəsindəki mövqeləri ələ keçirmək məqsədilə edilən hücumlar isə nəticəsiz qalıb. Luqansk istiqamətində də tərəflər arasında şiddətli döyüşlər gedir.

Müəllif | Apa.Tv
Apa.tv