Gəncədə “Volkswagen Touareg"lə vurulan 55 yaşlı kişi ölüb

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. Gəncə şəhər sakini, 29 yaşlı Xəqani İsgəndərov idarə etdiyi “Volkswagen Touareg" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı vurub. Ağır xəsarətlər alan Gəncə şəhər sakini, 55 yaşlı Azər Məsimov hadisə yerində ölüb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Qəzaya hüquqi qiymət keçirilən avtotexniki ekspertizadan sonra veriləcək.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli