Bakının mərkəzində ağır qəza: 28 yaşlı sürücü öldü

Bakının mərkəzində ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Neftçilər prospektində qeydə alınıb. 28 yaşlı Məmmədov Habil Valeh oğlu taksi kimi idarə etdiyi "Fiat" markalı avtomobillə hərəkətdə olarkən Kukla Teatrının yaxınlığında eyni istiqamətdə gələn "BMW" markalı avtomobil arxadan onun maşınına çırpılıb. Zərbənin gücündün "Fiat" bir neçə dəfə çevrilib. Nəticədə sürücü Habil Məmmədov hadisə yerində ölüb. "BMW" markalı minik maşınının sürücüsünün isə yüngül xəsarət aldığı bildirilir.

 

Yol qəzasının baş verdiyi ərazidə Səbail Rayon Polis İdarəsinin istintaqçıları müayinələr aparıblar. Məlumata görə, "BMW" markalı avtomobili Akif adlı sürücü idarə edirmiş.

 

Yol qəzasının təfərrüatları isə başlanılmış cinayət işi üzrə araşdırmaların yekununda bəlli olacaq.

Müəllif | Apa.Tv
Apa.tv