Buzovnada amansızlıqla öldürülən qadının kimliyi müəyyənləşdi

Bakının Xəzər rayonunda amansızlıqla qətlə yetirilən  qadının kimliyi məlum olub. Lent.az-ın məlumatına görə, Buzovna qəsəbəsi Dəniz kənarı adlanan ərazidə qətlə yetirilən qadının 1968-ci il təvəllüdlü Rzayeva Xatirə Saməddin qızı olması müəyyənləşdirilib. İlkin baxış zamanı qadının 16 bıçaq zərbəsi ilə amansızlıqla qətlə yetirildiyi məlum olub. Hazırda cinayəti törədən şəxs və ya şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.  Xatıqrladaq ki, fevaralın 13-də axşam saatlarında həmin ərazidən qadın meyiti tapılıb. Bıçaq yaralarından başqa, qadının ağzının cırıldığı, daxili orqanlarının zədələndiyini bildirilir.  

Müəllif | Apa.Tv
Apa.tv