Magistraturaya sənəd qəbulu başa çatıb

2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə APA-ya deyib ki, bu il magistraturada təhsil almaq üçün 23230 nəfər sənəd verib. Onlardan 20705-i Azərbaycan, 2525-i rus bölməsinin məzunudur.

 

Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu fevralın 3-dən 12-dək internet vasitəsi ilə aparılıb. Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə bakalavrların ümumi intellektinin (məntiqi təfəkkürünün) inkişaf səviyyəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların seçdikləri qəbul proqramı əsasında ixtisas üzrə bilikləri yoxlanacaq. Magistraturaya qəbul imtahanının birinci mərhələsi fevralın 22-də, ikinci mərhələsi aprelin 26-da keçiriləcək. İmtahanlar  Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində təşkil olunacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv