Misir Ordusu İŞİD-in mövqelərini bombaladı

Misir 21 vətəndaşını qətlə yetirən İŞİD terrrorçularına qarşı qisas əməliyyatına başlayıb. APA TV-nin xəbərinə görə, Misir Hərbi Hava Qüvvələri terrorçuların Liviyadakı mövqelərini bombalayıb. Hərbi Qərargahın açıqlamasında prezident Əbdül Fəttah əs-Sisinin ilə keçirilən təhlükəsizlik toplantısında İŞİD-in Liviyadakı qoluna aid hədəfləri vurmaq barədə qərar qəbul olunub. Hava əməliyyatı bu qərara əsasən həyata keçirilir.

 

Bundan başqa, Liviyanın bir hissəsinə nəzarət edən general Xəlifə Hafter də İŞİD-lə mübarizədə Misirə yardım edəcəyini açıqlayıb.

 

Qeyd edək ki, ötən həftə İŞİD terrorçuları qaçırdığı 21 misirli xristianın edamdan qabaqkı fotosunu paylaşmışdı. Dünən isə edamın video görüntüləri yayılıb. Bundan sonra Misirdə 7 gün, Fələstində 3 gün yas elan edilib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı