Saakaşvilinin təyinatı Gürcüstan və Ukrayna arasında diplomatik qalmaqala səbəb oldu

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukrayna prezidentinin müşaviri təyin olunması iki ölkə arasında diplomatik qalmaqala səbəb olub. APA TV-nin məlumatına görə, Ukraynanın Gürcüstandakı səfiri Vasil Tsıbenko bununla əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. Nazirlik səfirdən Saakaşvilinin yeni təyinatı ilə bağlı izahat tələb edib. Bundan başqa Ukraynanın Gürcüstandakı səfiri Mixail Uklebadan faktla bağlı öz dövlətindən izahat vermək tələb olunub.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti Saakaşvilini özünün ştatdankənar müşaviri təyin edib. Bundan başqa Saakaşvili Ukrayna prezidenti yanında beynəlxalq məsələlər üzrə Müşavirlər Şurasına sədrlik edəcək. Sabiq prezident canlı efirdə verdiyi açıqlamada bildirib ki, Qərbin Ukraynaya hərbi yardım göstərməsinə dair prosesi koordinasiya etmək səlahiyyətinə malikdir. O, Ukrayna vətəndaşlığını qəbul edəcəyini də istisna etməyib.

Müəllif | Apa.Tv
Apa.tv