Moteldə qətl: Masazırda kişi keçmiş arvadını öldürdü - YENİLƏNİB
Abşeron rayonunda qətl törədilib. APA TV-nin xəbərinə görə, bu gün saat 14.00 radələrində 1980-ci il təvəllüdlü Zöhrab İsmayılov keçmiş həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vəfa Abdullayevanı Masazır qəsəbəsində yerləşən “Romi" motelində qısqanclıq zəminində üstündə gəzdirdiyi bıçaqla boyun nahiyəsinə bir neçə zərbə endirməklə qətlə yetirib. Moteldə qətl hadisəsinin baş verdiyini təkzib ediblər.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, cinayəti törətməkdə şübhəli bilinən Z. İsmayılovun ifadəsi alınıb.