"Boko Haram"a ağır zərbə: 86 terrorçu məhv edildi
Kamerun ordusu ölkənin şimal bölgəsində "Boko Haram" qruplaşmasının 86 silahlısını məhv edib. APA TV-nin məlumatına görə, əməliyyat zamanı 5 kamerunlu hərbçi həlak olub. Şiddətli döyüşlər Nigeriya ilə sərhəddə yerləşən Vaza regionunda baş verib. Bundan əvvəl Nigeriyada “Boko Haram” qruplaşması ilə əlaqədə şübhəli bilinən 160 nəfərin həbs edildiyi bildirilmişdi.