Misir İŞİD mövqelərinə havadan zərbələr endirdi, 40 terrorçu öldürüldü

İŞİD terror təşkilatı 21 misirlinin Liviyada edam etdikdən sonra terrorçulara qarşı keçirilən hava hücumları başa çatıb. APA TV-nin məlumatına görə, İŞİD hədəflərinə endirilən hava zərbələri nəticəsində ən azı 40 terrorçu öldürülüb. Rəsmi Qahirə BMT-yə müraciət edərək əməliyyatların genişləndirilməsini istəyib. Liviya parlamenti isə Misiri ölkə suverenliyini pozmaqda ittiham edib və İŞİD-ə qarşı hücumları pisləyib.

 

Liviya Milli Konqresinin sədri Müavini Avad Əbd Sadiq verdiyi açıqlamada bildirib ki, Misir rəhbərliyi bu ölkədə yaşayan hər bir liviyalıya görə məsuliyyət daşıyır. İtaliya isə Misirdə və Liviyadakı diplomatik təmsilçiliklərini İŞİD təhlükəsinə görə bağlayıb.

 

İŞİD tərəfindən edam edilən 21 nəfərdən 13-nün ailəsi Misirdə kilsədə keçirilən anım mərasiminə qatılıb. Gözü yaşlı ailələr vəhşicəsinə öldürülən yaxınları üçün dua ediblər.
 

Müəllif | Apa.Tv