Ukrayna: Debaltsevo istiqamətində hücumlar səngimir - ATƏŞKƏS

Ukraynanın şərqində döyüşlər səngimir. APA TV-nin məlumatına görə, Ukraynanın Antiterror Əməliyyatları Mərkəzi separatçılar Debaltsevonu “Qrad”lardan atəşə tutduqları barədə xəbər yayıb. Fevralın 16-dan 17-nə keçən gecə Popasnaya, Sanjarovka və Çernuxino minaatanlardan atəşə tutulub. Sutka ərzində silahlılar 21 dəfə “Qrad”, 5 dəfə “top”, 19 dəfə isə minaatan və qumbaraatanlardan atəş açaraq atəşkəsi pozublar. Antoterror Əməliyyatları Mərkəzi separatçıların nəyin bahasına olur-olsun Debaltsevonu ələ keçirmək istədiyini bildirir. Bütün bunlara baxmayaraq, Ukrayna hərbçiləri hələ də əraziyə nəzarət edirlər. Məlumatda separatçıların Donetsk ətrafında atəşkəsi pozduğu da qeyd olunur. Bundan başqa Mariupol istiqamətində Şirokino yaşayış məntəqəsi də minaatanlardan atəşə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv