Şəkidə 67 yaşlı qadın faciəli şəkildə ölüb

Şəkidə 67 yaşlı qadın binanın 3-cü mərtəbəsindən yaşadığı mənzildən yıxılaraq faciəvi şəkildə ölüb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Şəki şəhəri Sabit Rəhman küçəsi ev 70, mənzil 25 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 67 yaşlı Zərnəgül Hüseynova 3-cü mərtəbədən yıxılıb. Mənzildə qızının ailəsi ilə yaşayan yaşlı qadın bu gün səhər saatlarında pəncərəni açaraq həyətə baxmaq istəyib. Bilinməyən səbəblərdən oradan yıxılıb. Qadının qardaşı Hikmət Atakişiyev  isə bacısının şəkər xəstəsi olduğunu bildirib, həmin an hava almaq üçün pəncərəyə çıxdığını və ehtiyatsızlıqdan yıxıldığını söylədi. Hikmət Atakişiyev hadisənin başqa versiyada baş verməsini də istisna etmir. İntiharın ola biləcəyini hüquq mühafizə orqanları tərəfindən aparılacaq araşdırmalardan sonra bəlli olacağını söyləyir. Qadın binadan yıxıldıqdan sonra təcilli olaraq xəstəxanaya çatdırılsa da onu xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv