Salyanda ev yanıb, 83 yaşlı kişi ölüb
Salyanda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsindən APA TV-yə verilən məlumata görə, hadisə Salyan şəhəri 20 yanvar küçəsində yerləşən birmərtəbəli binanın mənzillərindən birində qeydə alınıb. Ümumi sahəsi 275 kv.m olan binanın otaqlarından birində qapı və 2 kv.m sahədə ev əşyaları yanıb. Yanğının söndürülməsinə Salyan Yanğından Mühafizə xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürüləndən sonra evdən 1932-ci il təvvəllüdlü Rüstəmov İbrahim Soltan oğlunun meyiti aşkarlanıb.
İlkin məluata görə, kar, kor və ruhi xəstə olan İbrahim Hüseynov 5 ildir, sovetlər dönəmində yeməkxana kimi istifadə edilən binanın bir otağında tək yaşayırmış. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğının elektrik plitəsindən yandığı ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.