Xaçmazda silsilə oğurluqlar edən dəstə yaxalanıb
Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində silsilə oğurluq edən dəstə üzvləri həbs edilib. APA TV-nin xəbərinə görə, bu ilin yanvarın 23-də Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini Vüsal Baratovun Xaçmaz RPŞ-ya evindən oğurluq edilməsi ilə bağlı müraciətinə əsasən, polis əməkdaşları vətəndaşın evinə baxış keçirib. Naməlum şəxslərin yaşayış evinin pəncərəsindən içəri daxil olaraq mənzildən 2 min manat pul, həmçinin qızıl-zinət əşyalarını oğurlanması müəyyənləşib. Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu Xaçmaz rayon sakinləri 28 yaşlı Yaşar Nəcəfov və əvvəllər məhkum olunmuş 26 yaşlı Taleh və 24 yaşlı Tural Süleymanov qardaşlarının törətdiyi müəyyənləşib. Onlar həbs olunaraq istintaqa təhvil verilib.
Aparılan araşdırmalar zamanı adıçəkilən şəxslərin rayon ərazisində silsilə oğurluqlar törətdiyi müəyyənləşib. Dəstə üzvlərinin müxtəlif vaxtlarda 4 mənzil və bir mağazadan xeyli miqdarda pul və qızıl-zinət əşyalarını, məişət avadanlıqlarını oğurlamasımüəyyənləşib.
Araşdırmalar davam etdir.