Göyçayda avtomobil sexə çırpıldı, orta məktəb müəllimi öldü
Göyçayda 1 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Göyçay-Bərgüşad yolunun 9 km-də, Qızılağac kəndi ərazisində qeydə alınıb. Kənd sakini Zaur İsmayılovun sürdüyü "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dəmirçi sexinə girib. Bu zaman avtomobilinin yanında dayanmış 65 yaşlı Abdulhəmid Osmanov ağır yaralanıb, aldığı xəsarətdən hadisə yerində ölüb.
Abdulhəmid Osmanov Qızılağac kənd orta məktəbində müəllim işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.