Zaqatalada "Azərpoçt”un kənd şöbəsinin seyfi oğurlanıb
“Azərpoçt”un Zaqatala rayon filialının kənd şöbəsindən oğurluq edilib. APA TV-nin məlumatına görə, fevralın ayının 16-dan 17-nə keçən gecə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Zaqatala rayon filialının Muxax kənd şöbəsinin seyfi oğurlanıb. Zaqatala Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, naməlum şəxs və ya şəxslər pəncərənin dəmir barmaqlıqlarını çıxararaq binaya daxil olublar. Oğurlanan seyfdə pul və sənədlər olmayıb
Faktla bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, oxşar hadisə ötən ilin mart ayının 23-dən 24-ə keçən gecə “Azərpoçt”un Zaqatala rayon filialının Aşağı Tala kənd şöbəsində də qeydə alınıb. İçərisində 1000 manata yaxın pul olan seyfi oğurlayan şəxs və yaxud şəxslər indiyədək tapılmayıb.