Keçmiş arvadını moteldə 9 bıçaq zərbəsi ilə öldürən kişi: "Öldürmək niyyətim yox idi"

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən "Romi" motelində  keçmiş həyat yoldaşını qətlə yetirən 1980-ci il təvəllüdlü  Zöhrab İsmayılov barəsində həbs-qətimkan tədbiri seçilib. O, keçmiş arvadını 9 bıçaq zərbəsi ilə öldürməkdə təqsirləndirilir. Onlra rəsmi şəkildə boşansalar da, 1988-ci il təvəllüdlü Vəfa Abdullayeva keçmiş həyat yoldaşı və uşaqları ilə bərabər Zöhrab İsmaylovun evində yaşayırmış. Təqsirləndirilən şəxsin sözlərinə görə,  keçmiş həyat yoldaşını başqa bir maşına oturaraq motele getdiyinin şahidi olub: "Kənardan baxdım, gördüm çay gəldi otağa, içəri girdim. Beynim döndü, neçə bıçaq vurduğumu bilmirəm".   

 

Tibbi ekspertin verdiyi rəyə görə, bıcaq zərbələrindən 7-si qadının kürək nahiyəsindən vurulub: "Öldürmək fikrim olmayıb. Öldürən olsaydım, bu neçə ayın içində vurardım".

 

Faktla bağlı Abşeron rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv