Göyçayda iki "VAZ" toqquşdu: 3 yaralı

Göyçay rayonunda avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonunun Bərgüşad kəndində qeydə alınıb. “VAZ-2107” markalı avtomobilin digər “VAZ” markalı minik maşınının qarşısına çıxması nəticəsində toqquşma baş verib.

 

Hadisə nəticəsində 3 nəfər - Göyçay rayonunun Bığır kənd sakini, 1989-cu il təvəllüdlü Tural Akif oğlu, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Zamir İntiqam oğlu, 1980-cı il təvəllüdlü Rauf İsmayılov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar dərhal Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov