Gəncədə arvadını qətlə yetirən şəxsin əvvəlki həyat yoldaşını da öldürdüyü məlum olub

Gəncədə arvadını qətlə yetirən şəxsin əvvəlki həyat yoldaşını da öldürdüyü məlum olub. Yerli hüquq-mühafizə orqanlarından APA TV-yə verilən məlumata görə, ötən ilin dekabrın 19-da həyat yoldaşı, 29 yaşlı Esmira Əliyevanı qətlə yetirdiyinə görə həbs edilən şəhər sakini, 51 yaşlı Vidalət İsmayılovun daha bir qətl törətdiyi aşkarlanıb. Məlumata görə, Vidalət İsmayılov 2006-cı ildə ikinci həyat yoldaşı, 1977-ci il təvəllüdlü Rəna Əsgərovanı da qətlə yetirərək Gəncə çayının sahilində yerləşən həyətyanı sahəsində basdırıb. Hazırda hüquq-mühafizə orqanları meyitin basdırıldığı ərazidə araşdırma aparırlar.

 

Qeyd edək ki, Vidalət  İsmayılov 2014-cü ilin oktyabr ayında 3-cü həyat yoldaşı Esmira Əliyevanı şəxsi münasibətlərin pozulması zəminində şal ilə boğaraq öldürdükdən sonra Göygöl rayonunun Totanlı kəndində yerləşən özünə məxsus evin həyətində basdırıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli