Bu gecə havanın hərarəti 0 dərəcə olacaq

Fevralın 19-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və axşam sulu qar, qar yağması gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

 

Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-4 şaxta olacaq.

Müəllif | Apa.Tv
Apa.tv