Urolik: "Girovların qaytarılması danışıqlar üçün əlverişli atmosfer yarada bilər”

"Gərginliyin artdığı bir vaxtda girovların qaytarılması kimi humanitar təşəbbüs danışıqlar üçün daha əlverişli atmosferin yaranmasına səbəb ola bilər”.

 

APA-nın məlumatına görə, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Xankəndidə verdiyi müsahibədə deyib.

 

O xatırladıb ki, əvvəllər tərəflər girovların qaytarılması üçün yollar tapa bilib. Diplomat həmçinin bildirib ki, Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində bütün tərəflərin maraqları nəzərə alınmalıdır.

 

Həmsədrlər arasında fikir ayrılıqlarının olması və ATƏT-in Minsk qrupu formatının dəyişdirilməsi ilə bağlı fikirlərə gəldikdə isə C. Uorlik vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq şərtləri ilə bağlı həmfikir olduqlarını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv