Kürdəmirdə qeyri-adi hadisə: 6 ayaqlı quzu doğuldu

Kürdəmirin Bağman kəndində qeyri-adi hadisə baş verib. APA TV-nin məlumatına görə, kənd sakini İlqar Cabbarovun fərdi təsərrüfatinda bir neçə gün əvvəl altıayaqlı quzu doğulub. Ev sahibi uzun illərin fermeri  olsa da təsərrüfatında ilk dəfə belə halla rastlaşdığını deyir. Quzunun üç ayağı normal, digər sağ ön ayağının yerində isə 3 ayaq bitib. Görənləri təəccübləndirən quzunun  bir anormallığı da bitişik ikiquyruqlu olmasıdır: "Neçə ildir təsərrüfatla məşğuluq, 5 ayaqlı olub, ancaq 6 ayaqlı birinci dəfədir. Allahin möcüzəsidir"

Fermerin qardaşı Vüqar Cabbarov  da quzunun 6 ayaqlı doğulmasını təəccüblə qarşıladıqlarını deyib: "Təəccüblü qaldıq, kəndin baytarına müraciət etdik. Baxdı dedi ki,  normal yaşayır".

Yeni doğulan quzu anormal olsa da  sağlam quzular kimi normal gəzir və qidalanır. Doğulan zaman kənd baytarına göstərilib və bu cür anormallığın quzunun sağlamlığı üçün təhlükəli olmadığı bildirilib.

Müəllif | Apa.Tv
Zahid Abışov