“Azərpoçt”un kənd şöbəsindən seyf oğurlayan şəxslər saxlanılıb

Zaqatalada “Azərpoçt”un kənd şöbəsindən seyf oğurlayan şəxslər saxlanılıb. Zaqatala rayon Polis Şöbəsindən APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-dan 17-ə keçən gecə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-nin Zaqatala rayon filialının Muxax kənd şöbəsinin inzibati binasının pəncərəsinin dəmir barmaqlıqlarını çıxararaq seyf oğurlayan şəxslərin həmin kəndin sakinləri olması müəyyənləşib.

 

1993-cü il təvəllüdlü Fərqan Əsgər oğlu Əliyev, 1992-ci il təvəllüdlü Elnur İlham oğlu Rəcəbov, 1993-cü il təvəllüdlü Samir Fəxrəddin oğlu Əhmədov və 1990-cı il təvəllüdlü Ramin Mahmud oğlu Həsənov tutularaq istintaqa təhvil veriliblər. Həmin şəxslərin oğurladıqları seyf onlardan maddi sübut kimi götürülüb.

 

Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov