Yasamalda zəncirvari qəza olub

Gecə saatlarında paytaxtın Yasamal rayonu Mətbuat prospektində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, ”Mercedes” markalı avtomobilin sürücüsü üzü Mətbuat-Müşfiq dairəsi istiqamətində yüksək sürətlə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi qarşısında hərəkətdə olan “Wolksvagen”ə, o da xanım sürücünün sükanı arxasında olduğu "Hyundai" markalı avtomaşına çırpılıb. Baş verən qəzada xəsarət alan olmasa da, hər 3 avtomobilə ciddi ziyan dəyib.

 

Qəzadan sonra prospektdə tıxacda yaranıb. Faktla bağlı araşdırmalara başlanılıb.

 

Müəllif | Apa.Tv