Poroşenko Ukraynaya sülhməramlı qüvvələrin yeridilməsini təklif edib

Ukrayna prezidenti Pyotr Poroşenko ölkəyə BMT-nin sülhməramlı qüvvələrinin yeridilməsini təklif edib. APA TV-nin  məlumatına görə, bu barədə ölkə başçısı Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında bildirib. O vurğulayıb ki, əldə edilmiş razılaşmaların yerinə yetirilmədiyini əvvəlcədən təxmin edib. "Mən bu məsələni Minsk danışıqlarında Fransa və Rusiya prezidentləri, habelə Almaniyanın kansleri ilə müzakirə etmişəm. Bugünkü qərardan sonra ümidvaram ki, rəsmi olaraq, bu məsələ ilə bağlı tərəfdaşlarımızla sülhü təmin edəcək məsləhətləşmələrə başlayacağıq” - deyə P.Poroşenko bildirib.

 

Poroşenko hərbi uniformasıyla hücumların davam etdiyi Donetskin Debaltsevo qəsəbəsinə gedərək əsgərlərə şərəf medalı taxıb. Kiyev rəhbərliyi bu bölgədə ağır silahlarla hücum edən separatçıların atəşkəsi dəfələrlə pozduğunu da vurğulayıb.

 

Separatçıların mərkəzi bazası Donetsk və Luqansk rayonlarının arasındakı  Debaltsevo avtomobil və dəmir yolu şəbəkələrinin mərkəzində olmasına görə böyük əhəmiyyət daşıyır.

 

Ukrayna ordu hissələrinin çıxdığı bölgələrdə seperatçılar binalara bayraqlarını asıblar. Ancaq hökumət qüvvələri daxil olduqları bəzi nöqtələrə nəzarətini itirməyib.

Müəllif | Apa.Tv