Maştağada zəncirvari qəza: eyni ailədən 1 ölü, 4 yaralı

Ötən gecə Bakıda 1 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən  zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Zabrat-Maştağa yolunda qeydə alınıb. Sürücü, 20 yaşlı Elsevər Səttarov idarə etdiyi “Kia” markalı avtomobillə Maştağa istiqamətində yüksək sürətlə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi ara yoldan magistrala çıxmaq istəyən 39 yaşlı Rüfət Həşimova məxsus “Honda"  markalı avtomaşına çırpılıb. Avtomobil daha sonra “Opel” və "VAZ 2107" ilə toqquşub.

Baş verən qəzada hər iki avtomobilin sürücüsü və “Honda"da olan sərnişinlər - Aleftina Axundova, Emil Həşimov, Ömər Həşimov və İradə Axundova ağır vəziyyətdə 3 saylı Sabunçu xəstəxanası çatdırılıblar. Xəstəxanadan verilən məlumata  görə, yaralı Aleftina Axundova reanimasiya şöbəsində ölüb. Digər yaralılara yardım göstərilib,  vəziyyətləri kafi olaraq qalır.

Qeyd edək ki, "Honda"da olanlar bir ailənin üzvləri olub.

 

Faktla bağlı Sabunçu Rayon  Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv