Liviyada 150 İŞİD terrorçusu məhv edilib

Liviyada 150 İŞİD terrorçusu məhv edilib. Misir ordusunun xüsusi təyinatlıları Liviya ərazisində İŞİD terror təşkilatına qarşı əməliyyat keçiriblər. APA-nın RİA Novosti agentliyinə istinadən məlumatına görə, nəticədə 150 silahlı məhv edilib, onlarla İŞİD üzvü əsir götürülüb.

 

"Sky News Arabia" telekanalı xəbər verib ki, Liviya hökumət qoşunları ilə əlaqələndirilən əməliyyat Derna şəhəri yaxınlığında, terrorçuların təlim düşərgəsinin ərazisində baş tutub. Döyüş zamanı 2 Misir hərbçisinin həlak olduğu bildirilir. 

Müəllif | Apa.Tv
Apa.tv