Lənkəranda keçmiş məhkumun evində tiryəkxana aşkarlanıb

Lənkəranda keçmiş məhkumun evində tiryəkxana aşkarlanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regonal  şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyevin evində tiryəkxana təşkil etməsi müəyyənləşdirilib. Əməliyyat zamanı polis ev sahibi ilə yanaşı, daha 5 nəfəri - 45 yaşlı Mahir Sadıqovu, 42 yaşlı Elçin Abdullayevi, 47 yaşlı İbad Əliyevi, 63 yaşlı Sadiq  Məmmədovu və 43 yaşlı Cavid Tağıyevi narkotik qəbul edərkən yaxalayıb. Evdən 8 bükümdə tiryək, 41 bükümdə heroin, 2 ədəd şpirisə doldurulmuş hazır məhsul, 2 ədəd elektron tərəzi, xeyli sayda şpiris və narkotik məhlullarının hazırlanmasında istifadə olunan ləvazimat, digər maddi sübutlar aşkanaraq götürülüb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv