Kefli kassir bankın xəzinəsindən yarım milyon dollar oğurladı

Baykonur şəhərində kommersiya banklarının birinin xəzinəsindən 100 min dollar və 350 min avro oğurlanıb. APA TV-nin məlumatına görə, Rusiya Daxili İşlər Nazirliyi ümumi dəyəri 31,2 milyon rubl olan oğurluq faktının üstünün isti izlərlə açıldığı barədə xəbər yayıb. Pulun itməsini bank əməkdaşları aşkarlayıb və müşahidə kameraları vasitəsilə oğrunun bankda işləyən 28 yaşlı kassir olduğunu müəyyənləşdiriblər. Hadisə yerində aparılan araşdırma zamanı məlum olub ki, bankın baş xəzinədarı xəzinəni açaraq oradan 100 min dollar və 450 min avro götürüb. Polis kassirin oğurluq anında kefli olduğunu müəyyənləşdirib. Saxlanan şəxs oğurluğu içkili halda etdiyini deyib və günahını boynuna alıb. Oğurlanan pullar geri qaytarılıb, lakin hesablama zamanı 10 min dollar və 5,5 min avronun çatmadığı üzə çıxıb. Kefli kassir pulu hara xərclədiyini xatırlaya bilməyib. Faktla bağlı oğurluq maddəsi üzrə cinayət işi başlanıb. Qeyd edək ki, Baykonur şəhəri Qazaxıstanda yerləşir, Rusiya bu şəhəri 2050-ci ilədək icarəyə götürüb. 

Müəllif | Apa.Tv
Apa.tv