"Qazprom": Neftin qiyməti 30 dollara düşsə belə, problem olmayacaq

"Qazprom" neftin barelinin qiymətinin hətta 30 dollara düşəcəyi təqdirdə belə investisiya proqramını əvvəlki səviyyədə saxladığını açıqlayıb. 

 

APA TV-nin "Rossiya 24" telekanalına istinadən verdiyi məlumata görə, bunu şirkətin maliyyə rəhbəri Andrey Kruqlov deyib. "Biz neftin 40 dollara qədər ucuzlaşacağı variantı barədə hesablamalarımızı aparmışıq, mən deyərdim ki, bu hesablama 30 dollar variantı üçün də keçərlidir. Sizi əmin edirəm ki, hətta bu qiymətlər müqabilində şirkət öz planlarını reallaşdıracaq" deyə Kruqlov əlavə edib. Hazırda "Qazprom"un investisiya proqramı 840,35 milyard rubl həcmində dəyərləndirilir. Bu büdcə neftin barelinin 100 ABŞ dollarına satıldığı vaxt formalaşıb.

Müəllif | Apa.Tv
Apa.tv