Daskəsən sakini qonşusunu bıçaqladı

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, rayon sakini, 1964-cü il təvəllüdlü Ziyad Eyub oğlu Alıyev qarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

 

Yaralı dərhal əməliyyat edilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Daşkəsən rayon Polis Şöbəsindən bildirilib ki, Z. Alıyev mübahisə etdiyi qonşusu tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv