İran Avropanı neft və qaz idxalını azaltmaqla hədələdi

İran Avropaya ixrac etdiyi neft və mavi yanacağın həcmini kəskin şəkildə azalda bilər. APA TV-nin məlumatına görə, ölkənin ali dini lideri Əli Xameneyi bildirib ki, İranın bu addımı Qərbin sanksiyalarına cavabı kimi nəzərdə tutulub: “Qaz Avropa, eləcə də bütün dünya üçün zəruridir. İranı əlində olan bu rıçaq vasitəsilə sanksiyalara sərt cavab verməyə məcbur etməsinlər".
 

Xameneyi əlavə edib ki, əgər İran nüvə proqramı ilə bağlı Qərbə layiqli cavab verməsə, Tehranı yeni məhdudiyyətlər və sanksiyalar gözləyə bilər. Xatırladaq ki, İran gün ərzində 2,7 milyon barel neft, 600 milyon kubmetr qaz hasil edir. Bu ölkə neft ehtiyatlarına görə, dünyada yalnız Səudiyyə Ərəbistanı və Venesueladan geri qalır. Bu il İran xaricə satdığı neft və qazdan əldə etdiyi gəlirin həcmini 25 faizə qədər azaldacaq. Ötən həftə Avropa İttifaqı İranın böyük şirkətlərindən olan İranın Milli Tanker Şirkətinə və iş adamı Hüseyn Gülpərvərə məhdudiyyətlər tətbiq edib. Xameneyini Avropanın məhz bu addımının əsəbiləşdirdiyi bildirilir. Bundan başqa İran 2015-ci ilin yanvarından xarici tərəfdaşlarla hesablaşmalarda Amerika dollarından imtina edib.

 

Müəllif | Apa.Tv
Apa.tv