İşə düzəltmə adı ilə adamlardan külli miqdarda pul alan dələduz həbs olunub

Bakının Nəsimi rayonunda özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək vətəndaşları ali məktəblərə, daha sonra isə işə düzəltmə adı ilə aldadaraq onların etibarından sui-istifadə edən şəxs saxlanılıb. Nəsimi rayon Polis İdarəsindən APA TV-yə bildirilib ki, saxlanılan Əlövsət Məhərrəmov “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağının Mülki Müdafiə Qərargahının rəisidir.

Əlövsət Məhərrəmov zərərçəkənlərin ittihamlarını qəbul etmir: “Kursu bitirəndən sonra onlar oxumağa göndəriləcəkdi. Mən heç kimə deməmişəm sizi Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyəm. Lvovda Mülki Müdafiə Akademiyası var, onlar ora göndəriləcəkdi”

İbtidai istintaq zamanı o, vətəndaşları aldadaraq onlardan kursda oxumaq və ali məktəbə düzəltmək adı ilə onların hər birində 6250 manat aldığını etiraf edib. Zərərçəkənlər isə Əlövsət Məhərrəmov 10.000 manat verdiklərini bildiriblər. Aldadılan vətəndaşların sayına gəldikdə...

“Xatırlamıram. Əməliyyat olunmuşam, ona görə yaddaşım pozulub”.

 

Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Polis bu şəxsi görüb tanıyanlardan Nəsimi RPİ-yə müraciət etmələrini xahiş edir.
 

Müəllif | Apa.Tv