Mart ayında iş və istirahət günlərinin yeri dəyişdirilib

Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.

 

APA TV-nin AzərTAc-a istinadən verdiyi məlumata görə, qərar Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” qanunun tətbiq edilməsi haqqında” prezidentin fərmanının 2-ci hissəsinə əsasən qəbul olunub. 

 

Müəllif | Apa.Tv
Apa.tv