Silahla tutulan şəxs: "Qoca anam uşaqlardan müğayət olsun"

Sumqayıt şəhər sakini 36 yaşli Elçin Kərimduxt Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, özünü şübhəli apardiği üçün polis əməkdaşlarının diqqətini cəlb edib. APA TV-nin xəbərinə görə, saxlanılaraq idarəyə gətirilən şübhəli şəxsin üzərindən "Naqan" tipli tapança və 3 ədəd patron aşkar edilib. Əvvəllər 3 dəfə məhkum olunan Elçin Kərimduxt sonuncu dəfə 1 il əvvəl azadlığa buraxılıb. Araşdırma zamanı onun Bakı şəhərinin müxtəlif rayonlarında sərnişin avtobuslarında cibgirlik etdiyi də məlum olub.

 

Saxlanılan şəxs polisə ifadə verib: "Qoca anama deyirəm ki, uşaqlardan müğayət olsun".

 

Aşkarlanan silahın istifadəyə yararlı olduğu məlum olub. Fatkla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.

 

Müəllif | Apa.Tv